Ferstappen mövsümü qələbə ilə başa vurdu 

Ferstappen mövsümü qələbə ilə başa vurdu 

Abu Dabidəki “Yas Marina” dairəsində keçirilən Formula 1 üzrə dünya çempionatının sonuncu - 22-ci raunduna yekun vurulub. Mövsümün son yarışında “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen qalib adını qazanıb. “Ferrari”dən olan monakolu Çarlz Lekler ikinci yerə sahib çıxıb. Üçüncü yerə isə “Red Bull”un meksikalı pilotu Serxio Peres layiq görülüb.