DÇ-2022-nin ilk turunda hazırda İngiltərə ilə qarşılaşan İran millisi ciddi itki ilə üzləşib. Qapıçı Əlirza Beyrənvand komanda yoldaşı ilə toqquşaraq zədələnib.
Burnundan xəsarət alan təcrübəli qolkiper oyunu davam etdirə bilməyib və 18-ci dəqiqədə əvəzlənməli olub. Onun əvəzinə meydana Husseyn Husseyni daxil olub. Matçın birinci hissəsinə 14 dəqiqə əlavə edilib.