İngiltərə, Almaniya, Niderland və digər bir neçə komandanın kapitanları DÇ-2022-də göy qurşağı təsviri olan sarğı ilə meydana çıxa bilməyəcəklər.
Bu barədə "The Athletic" məlumat yayıb. Daha əvvəl müxtəlif Avropa ölkələrinin federasiyaları bəyan edib ki, Qətərdə insan hüquqlarının pozulması səbəbindən LGBT-yə dəstək olaraq meydana göy qurşağı təsviri olan kapitan sarğıları ilə daxil olmağı planlaşdırırlar.
Sonradan məlum olub ki, FİFA DÇ-2022 zamanı komandalara bu sarğıdan istifadəni qadağan edib. Əgər hansısa kapitan belə bir atarsa, o, matç başlayan kimi baş hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılacaq.
İngiltərə Futbol Assosiasiyasının icraçı direktoru Mark Bullingem bildirib ki, onlar İranla bugünkü görüşə həmin sarğı ilə çıxmaq istəyiblər: “Bu gün səhər saatlarında FİFA ilə görüşlərimiz oldu və müzakirələr davam edir. Biz həqiqətən həmin sarğını taxmaq istəyirik. Amma onun nəticələrini də düşünməliyik. Adətən bu vəziyyətlərdə biz maddi cərimə ödəməyə hazırıq. Amma əgər idman sanksiyaları təhlükəsi realdırsa, biz buna da baxmalı, bir addım geri çəkilməli və dəyərlərimizi nümayiş etdirməyin başqa yolunu düşünməliyik".