DÇ-2022-nin İngiltərə - İran matçı (6:2) dünya çempionatları tarixində əsas vaxtda başa çatan ən uzunmüddətli oyun olub. Bu barədə "Opta Sports" məlumat yayıb. Görüşün baş hakimi Rafael Klaus qarşılaşmanın 1-ci hissəsinə 14 dəqiqə, 2-ci hissəsinə isə 10 dəqiqə əlavə edib. Nəticədə, oyunun təxminən 117 dəqiqə 16 saniyəsində final fiti səslənib. Bundan əvvəlki rekord 1994-cü il dünya çempionatında Cənubi Koreya - Boliviya matçında qeydə alınmışdı (103:56).
DÇ-2022: Bu gün tarixdə yeni rekordla yadda qalacaq