Uels millisi 64 ildən sonra dünya çempionatında qol vurub. Buna yığmanın üzvü Qaret Beyl ötən gün DÇ-2022-nin ilk turunda ABŞ-a qarşı matçda (1:1) imza atıb. 33 yaşlı hücumçu 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bu isə Uels yığmasının 64 il sonra mundiallarda ilk qolu olub. Komanda sonuncu dəfə 1958-ci ildə İsveçdə keçirilən DÇ-də qol vurub.
Qeyd edək ki, Uels millisi B qrupunda ABŞ-la yanaşı, İngiltərə və İrana millilərinə qarşı da mübarizə aparır. Uels növbəti oyunda, noyabrın 25-də İran yığması ilə qarşılaşacaq.