Uels milli komandasının baş məşqçisi Robert Peyc ABŞ-la keçirilən matçla (1:1) bağlı fikirlərini bildirib. «Biz yüksək xarakter nümayiş etdirdik. Hesabda geri düşmüşdük. Lakin qətiyyətli oyunumuz sayəsində ən azı 1 xalı geri qaytara bildik. Penalti qazandıq. Hamı düşünürdü ki, bu cərimə zərbəsini kim dəqiq yerinə bilər? Əlbəttə Beyl. O, heç vaxt bizi belə məqamda məyus etməyib. Azarkeşlərimiz də çox sevindilər. Çətin və maraqlı bir qrupda çıxış edirik», - deyə Robert Peyc bildirib.
«Biz yüksək xarakter nümayiş etdirdik»