Qətərdə keçirilən dünya çempionatının C qrupunda Argentina Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. "Lusail" stadionundakı görüşdə cənubi amerikalılar ilk qolu 10-cu dəqiqədə on birmetrlik cərimə zərbəsindən yerinə yetiriblər. Qolu müəllifi Leonel Messi olub. Birinci hissəni qələbə ilə başa vuran Skalonini yetirmələri ikinci hissədə gözlənilməz təzyiqlə üzləşiblər. Belə ki, Səudiyyə Ərəbistanın futbolçusu El Şehri 49-cu dəqiqədə hesabı bərabərləşdirib. Buraxılan qolun şokundan ayılmayan aregentinalılar 5 dəqiqə sonra hesabda geri düşüblər. Bu dəfə Əl Davsari fərqələnib. Matça 8 dəqiqə əlavə edən sloveniyalı Slavko Vinçiç matçı 105-ci dəqiqədə yekunlaşdırıb. Bununla da mundialda ilk sensasiya baş verib.
Dünya çempionatı
22 noyabr
C qrupu
14:00. Argentina - Səudiyyə Ərəbistanı - 1:2
Qollar: Messi, 10-pen (1:0), El Şehri, 49 (1:1), Davsari, 54 (1:2)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Lusail" stadionu
Mundialın favoriti çempionata məğlubiyyətlə başladı - Foto