Şahmatçımız 4-cü yerlə kifayətləndi

Şahmatçımız 4-cü yerlə kifayətləndi


Rumıniyanın Buxarest şəhərində şahmat üzrə "Kings” beynəlxalq turniri başa çatıb.
Turnirin son turunda qrossmeysterimiz Teymur Rəcəbov Fabiano Karuana (İtaliya) ilə qarşılaşıb. Bu görüşdə tərəflər yarım xalla kifayətləniblər. Qeyd edək ki, iki dövrədən ibarət yarışın birinci dövrəsində şahmatçımız italiyalı rəqibinə məğlub olmuşdu. Qeydə alınan heç-heçədən sonra Karuana yarışın qalibi adını qazanıb - 5 xal. Teymur Rəcəbov isə yarışı 4-cü pillədə başa vurub -3,5 xal.
Vanq Hao (Çin) 4,5 xalla ikinci yeri tutub. Ev sahibi Liviyu-Ditye Nisipyanu (Rumıniya) da eyni xalla asiyalı rəqibinə şərik olub. Ukraynalı Ruslan Ponomaryov isə 3 xalla yarışı sonuncu pillədə başa vurub.