Cüdoçular ölkə çempionatında bir araya gələcəklər

Cüdoçular ölkə çempionatında bir araya gələcəklər

Dekabrın 2-5-də cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı təşkil olunacaq. Bakı İdman Sarayında keçiriləcək yarışda paytaxt və bölgələri təmsil edən 400-ə yaxın cüdoçu qüvvəsini sınayacaq. Cüdoçular dekabrın 2-4-də fərdi, bir gün sonra isə komanda yarışlarında mübarizə aparacaqlar. Hər gün saat 10:00-da başlayacaq yarışların final görüşləri saat 16:30-da baş tutacaq.

Qeyd edək ki, dekabrın 3-də yarışın açılış mərasimi keçiriləcək Tədbir 16:00-da başlayacaq.

Azər Əlizadə