Gəncə şəhərinin Heydər Əliyev parkı ərazisində 7 min metrlik məsafəni əhatə edən yeni velosiped yolunun çəkilişi başa çatdırılıb.
Çəkilişinə cari ilin yaz aylarında başlanan yolun tikintisini Türkiyənin "Gold Yapı” şirkəti aparıb. Ərazidə quraşdırılan avadanlıq da Türkiyədən gətirilib. Parkda bu xidmət növündən istifadə etmək istəyən hər kəs xüsusi hazırlanacaq kartları əldə etməklə velosipedləri müəyyən müddətə kirayə götürə biləcək.
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə layihələşdirilən velosiped yolu həm də şəhərə gələn turistlərin marağına səbəb olacaq.