Paytaxtımız gələn il şahmat üzrə Dünya Kuboku yarışına ev sahibliyi edəcək. Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) qərar qəbul edib. Turnir iyulun 29-dan avqustun 26-dək keçiriləcək.
Xatırladaq ki, ölkəmiz daha əvvəl də zəka sahiblərinin Dünya Kuboku yarışlarına ev sahibliyi edib. Belə ki, 2015-ci ildə də ali şahmat qurumu bu mötəbər yarışın ev sahibliyi hüququnu ölkəmizə həvalə etmişdi.