Bu gün badminton üzrə 2011-2012-ci illər təvəllüdlü idmançılar arasında Bakı birinciliyinə start veriləcək. Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarış 277 nömrəli idman təmayüllü məktəbin zalında təşkil olunacaq. Yarış uşaq badmintonçulara dəstək məqsədi ilə keçirilir. Şəxsi, qoşa və qarışıq qoşa kateqoriyaları üzrə keçirilən turnirə fevralın 13-də yekun vurulacaq.