Şahmat oyunu və etüd

Şahmat oyunu və etüd


Aşağıdakı oyunu mənə dostum və həmkarım, şahmat üzrə beynəlxalq qrossmeyster Konstantin Landa (Rusiya) göndərib. Onun dediyinə görə, bu oyundan alına biləcək mövqeni bir çox şahmatçılara göstərib. İlkin baxışda çox sadə görünsə də, 10 qrossmeysterdən yalnız iki nəfər bu etüdün tam həllini tapıb. Rusiyalı qrossmeysterin sözlərinə görə, əgər hər hansı şahmatçı bu etüdün tam həllini tapırsa, deməli, onun çox yaxşı intuitsiyası var. Xatırladaq ki, "intuisiya” bizim dilimizdə duyğu mənasını ifadə edir, varlığı təcrübə və məntiqi nəticələrin köməyi ilə deyil, bilavasitə seyr etmə yolu ilə dərk etmədir.
Maraqldır ki, bu etüdü mən də şagirdlərimə həll etmək üçün təqdim etdim. 16 yaşlı Zaur Bayramov (Sumqayıt) bir çox qrossmeysterlərin edə bilmədiyini 10 dəqiqə ərzində etdi. Belə mövqelər bir daha etüdlə əməli oyunun sıx bağlılığını göstərir. Oyunu və etüdü sizə təqdim edirik. Siz də özünüzü yoxlayın və necə intuitsiyaya (duyğuya) sahib olmağınızı müəyyən edin.



T. Baron (2467) - C. Bauer (2638) Frenk Top 12, 2013 Haguenau FRA 2013.
1.e4 c5 2.Af3 Ac6 3.d4 cxd4 4.Axd4 Vb6 5.Ab3 Af6 6.Fd3 e6 7.Fe3 Vc7 8.f4 d6 9.Vf3 a6 10.g4 b5 11.Ac3 Ad7 12.0-0-0 Fb7 13.Şb1 Ac5 14.Vf2 Ab4 15.Axc5 dxc5 16.Ff1 Fe7 17.a3 Tc8 18.axb4 cxb4 19.Fb6 Vb8 20.Aa2 Fxe4 21.Fd3 Fxh1 22.Txh1 0-0 23.Te1 Tc6 24.Fd4 Vd8 25.g5 b3 26.Ac3 b4 27.Ae4 bxc2+ 28.Fxc2 Txc2 29.Şxc2 Va5 30.Ve3 Tc8+ 31.Şb1 b3 32.Ac3 Fd6 33.Ve4 g6 34.Td1 h6 35.gxh6 Şh7 36.Ff6 Fb4 37.Td7 Tf8 38.Vxe6 Şxh6 39.Vh3+ Vh5 40.Fg5+ Şg7 41.Vxh5 gxh5 42.Td8 Txd8 43.Fxd8 Şg6 44.Fc7 Şf5 45.Ae2 Şg4 46.Ad4 Fc5 47.Axb3 Fg1 48.f5 Şxf5 49.Şc2 Şg4 50.Şd3 f5 51.Ad4 f4 52.h3+ Şxh3 53.Ae2 Ff2 54.Axf4+ Şg4 55.Ad5 Şf3 56.Af6 h4 57.Ae4 Fg1 58.Ad2+ Şg2 59.Şe2 Fd4 [59...h3 məhz bu variantda aşağıda dərc olunmuş 1074 saylı piyada etüdü yarana bilərdi 60.Af3 h2 61.Fxh2 Fxh2 62.Axh2 Şxh2 Diaqram 1074] 60.b3 Ff6 61.Af3 Şh3 62.Ae5 Şg2 63.Ag6 Şg1 64.Af4 Fe7 65.Fb6+ Şh2 66.Ag6 Ff6 67.Şf3 Şh1 68.Ff2 h3 69.Af4 Şh2 70.Fg3+ Şg1 71.Axh3+ Şf1 72.Ff2 a5 73.Af4 1-0.
Konstantin Landa 4 fiqurlu piyada mövqesinin etüd bazasında sələfinin olmadığını yazsa da, mən axtarışları davam etdim və aşağıdakı sələfi tapdım. Ancaq, mənim fikrimcə, cırtdan etüddə olan qeydi-adi həll onu orijinal kimi dərc etməyə əsas verir. Hörmətli oxucular, əvvəlcə 1074 saylı etüdü, sonra isə T.Qorqiyevin etüdünü müstəqil həll edin.






1044a. Ferhat Karmil (Türkiyə) 1.Şf4!! Şa1 2.Vg7 b6 3.Vh8 Şb1 4.Şe3 Şc1 5.Vc8+ Şb1 6.Şd2 Şa1 7.Vh8 Fb1 8.Vh1 Şa2 9.Va8#!, 1...b6 2.Vc8 Şa1 3.Vh8 Şb1 4.Şe3 Şc1 5.Vc8+ Şb1 6.Şd2 Şa1 7.Vh8 Fb1 8.Vh1 Şa2 9.Va8#. 1057. Vitali Şevçenko, Valentin Xupçenko (Ukrayna) 1.Th5! (2.Th2+ Şf1 3.Tg1#), 1... Şe2 2.Th2+ Şd3 3.Ae1#. 1058. Mario Quido Qarsiya (Argentina) 1.Ad6 Şe7 2.Tg7+ Şf6 3.Fc3#, 2...Şxd8 3.Fg5#; 2...Şxd6 3.Ff4#; 2...Şf8 3.Ae6#, 1...cxd6 2.Tg5 d5 3.Tf7#; 1...Şe5 2.Txc7 Şd4 3.Ac6#, 2...Şf6 3.Fc3#; 2...Şxd6 3.Ff4#. 1059. Leonid Makaronez (İsrail) 1.Vf4! (2.Txd6+! Fxd6 3.Fc4#), 1...Ag4 2.Ff3+ Şc4 3.d5#, 1...Ta4 2.Txc5+! dxc5 3.Ve5#, 1...Tc6 2.Vg5+ Şd4 3.Tf4#, 1...Fc6 2.Te7! Fd4 3.Vd6#. 1060. Mario Quido Qarsiya (Argentina) 1.Ve1! (2.Ac4+ Şxe4 3.Va5-4.Ve5#, 2...Şd4 3.Va5-4.Ve5#), 1...Şf4 2.Vf2+ Şxe4 3.Şd6-4.Fd3#, 2...Şxe5 3.Fd3-4.Vf6#, 2...Şg5 3.Vf6+ Şh6 4.Af7#, 1...Şd4 2.Vd2+ Şxe4 3.Şf6- 4.Ff3#, 2...Şxe5 3.Ff3 - 4.Vd6#. 1061. Mixail Marandyuk (Ukrayna) 1.Td4! ~ 2.Txd5+ Şxe4 3.Td4+ Şe5 4.Ff6 A Vf6# B, 1...Ac7 2.Ff6+ A Şd6 3.e5+ Fxe5 4.Fe7#, 1...Tc4 2.Vf6+ B Şf4 3.Fd6+ e5 4.Vg5#. 1062. Elmar Abdullayev (Şirvan) 1.Ah2! Şh6 2.g4 Şh7 3.g5 Şh8 4.Ag4 Şh7 5.g6+ Şh8 6.Ff6#. 1063. Fərid Aslanov (Sumqayıt) 1.Ae3 Af6 2.exf6 Th6 3.Ad5 Txf6 4.Fh3 g2+ 5.Şxg2 [kiçik dual 5.Şxh2 g1V+ 6.Şxg1] 5...h1V+ 6.Şxh1 Th6 7.Ab6+! Txb6 8.Fd7+ Tc6 [8...Tb5 9.Txb5#] 9.Txc6#. Müəllifin 11 yaşı var!. 1064. İlham Əliyev (Sumqayıt) 1.f6 Şh6 2.Şg2 Şh7 3.Şf3 Şg8 4.Şe4 Şf8 5.Şd5! Şf7 6.Şe5 Şf8 7.Şe6 Şe8 8.f7+ Şf8 9.Şf6 g5 10.Şxg5! Şxf7 11.Şf5 uduş. 1065. Pavel Arestov (Rusiya) 1.Ta8+! Şa1 2.Txa1+ Şxa1 3.Şxd3 g2! 4.Fxg2 Txg2 5.Şc4 Tg4+ 6.Şb3 Şb1 7.Tg8! Şc1 8.g6! Şb1 9.g7! Tg3+ 10.Şxb4 uduş. 1066. Marko Kampioli (İtaliya) 1...Te5+! 2.Şc4! f2 3.Ad2 Txe4+ 4.Şd3 Tg4 5.Fb2 Tg3+ 6.Şc2 Tg2 7.Şc1! Şe2! 8.Fd4! Tg4 9.g7 Şd3 10.h6 Şxd4 11.Şc2! Tg2 12.Af1! Şe5 13.h7 uduş. 1067. Fərid Aslanov (Sumqayıt) 1.Txe3+! Vxe3 2.Ac4+ Axc4 3.Fxc4 Vg1+ 4.Şb2 Şe4 5.Ac2 Vd1 6.Fb5 mövqeli heç-heçə.

İ. Əliyev (Sumqayıt)
Beynəlxalq hakim