Avropanın ən güclü komandası Varşavada müəyyənləşəcək

Avropanın ən güclü komandası Varşavada müəyyənləşəcək

Noyabrın 8-dən 17-dək Polşanın paytaxtı Varşavada qadınlar arasında şahmat üzrə Avropa komanda çempionatı keçiriləcək. 9 turdan ibarət turnirdə 30 komanda İsveçrə sistemi üzrə yarışacaq. Turnirdə Azərbaycan milli komandası da yer alacaq. Kapitan Fikrət Sideyifzadənin rəhbərliyi ilə qrossmeysterlərimiz Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarovalar, habelə beynəlxalq ustalar Xəyalə Abdulla və Nərgiz Umudova Varşavaya yollanacaqlar.