Bakı kuboku yarışlarının birinci mərhələsi yekunlaşdı

Bakı kuboku yarışlarının birinci mərhələsi yekunlaşdı

Trek velosipedi üzrə Bakı kuboku yarışlarının birinci mərhələsinə yekun vurulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə keçiriln yarışda ümumilikdə 45 velosipedçi medallar uğrunda mübarizə aparıb. Turnirdə elit–U-23 yaş kateqoriyasında kişilər, gənc və yeniyetmə oğlanlar, həmçinin qadınların iştirak ediblər. İdmançılar 200 metr və 500 metr (yerindən) məsafələrə fərdi ötüşmə, həmçinin skreç və xallar üzrə qrup ötüşməsi növlərində yarışıblar.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın nəticələrinə görə, qadınların mübarizəsində Viktoriya Sidorenko bütün növlər üzrə birinci yerə layiq görülüb.

Yeniyetmə oğlanların yarışında isə Ravi Rzayev məsafələrə fərdi ötüşmə, həmçinin skreç növlərində qızıl medal qazanıb. Bu kateqoriyada xallar üzrə qrup ötüşməsi növündə isə Maksim Trendelyov birinci yerdə qərarlaşıb.

Elit – U-23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Tural İsrafilov 200 və 500 metr məsafələrə fərdi ötüşmə növlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu kateqoriyada Samir Cəbrayılov isə skreç və xallar üzrə qrup ötüşməsi növlərində qızıl medal qazanıb.

Qaliblərdiplom,medalvə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.