Çempionluq üçün 6,5 xal kifayət edib

Çempionluq üçün 6,5 xal kifayət edib

Respublika Şahmat Mərkəzində Azərbaycanın Müstəqilliyi Gününə həsr olunmuş şahmat üzrə açıq reytinq turniri keçirilib.
İsveçrə sistemi üzrə 7 turdan ibarət yarışda 23 şahmatçımız iştirak edib. Rəqibləri ilə mübarizədə 6,5 xal qazanan Ülvi Bacarani yarışı lider kimi tamamlayıb. Fariz Əhmədov, Vəli Zeynalzadə və Rüstəm Bünyadov liderdən 1,5 xal az toplayıb.