Cüdo üzrə klublararası Azərbaycan kubokunun sonuncu dövrə yarışları başa çatıb. Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda finalçıların adları müəyyənləşib.
Yeddi çəki dərəcəsi üzrə keçirilən turnirdə "Atilla”, "Neftçi”, "Qəbələ”, "Judo 2012” komandaları həlledici mərhələyə vəsiqə qazanıblar.
Məlumat üçün qeyd edək ki, klublararası Azərbaycan Kubokunun final mərhələsinin görüşləri dekabr ayında keçiriləcək.