Tallin Konqresi şahmatçılarımız üçün uğurlu olub

Tallin Konqresi şahmatçılarımız üçün uğurlu olub

Bu yaxınlarda Estoniyanın paytaxtı Tallinndə FİDE-nin 84-cü konqresi keçirilib. Həmin konqresdə Azərbaycan şahmatçılarına adlar verilib. Gəncə şahmatçısı Şaiq Quliyev və astaralı Azər İbrahimov "FİDE-nin arbitri” tituluna yiyələnib. Paytaxt təmsilçisi İzzət Kənan isə şahmat üzrə "Beynəlxalq dərəcəli usta” adına layiq görülüb.