Olimpiada-2020 Tokioya 30 milyard gəlir gətirəcək

Olimpiada-2020 Tokioya 30 milyard gəlir gətirəcək

Ekspertlərin ilkin hesablamalarına görə, 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokio şəhərinə 30 milyard dollar qazandıracaq.
Qeyd edək ki, Tokio şəhərinə XXXII Yay Olimpiadasına ev sahibliyi etmək hüququ Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Buenos-Ayres şəhərində keçirilən 125-ci sessiyasında verilib. Yaponiyanın paytaxtı olimpiadaya ev sahibliyi etmək uğrunda mübarizədə Madrid və İstambul şəhərlərinə qalib gəlib.