Ekoloji baxımından təmiz nəqliyyat növü hesab edilən velosipeddən istifadəni inkişaf etdirmək üçün son dövrlər ölkəmizdə bir çox işlər görülüb. Velosipeddən istifadəni təbliğ etmək üçün müvafiq qurumlar yaradılır, velosipedin üstünlükləri və həyatımızdakı rolu haqqında müxtəlif tədbirlər təşkil edilir. Velosipeddən istifadənin vacibliyini nəzərə alan Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi də "Azərbaycanda Velosipedçilər Hərəkatının İnkişafı” mövzusunda dəyirmi masa keçirilməsini planlaşdırır.
Dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycanda ətraf mühitin qorunması, enerji qənaəti, sağlam həyat tərzinin təbliği, ictimai məkanda ekoloji nəqliyyat vasitələrinə olan diqqətin artırılmasından ibarətdir.
Tədbirdə dövlət orqanlarının məsul şəxsləri, qeyri-hökümət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirə bütün kütləvi informasiya vasitələri dəvət olunurlar. Dəyirmi masa noyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat pr., 529-cu məhəllə, bina 23) keçiriləcək.
Əlaqə nömrələri: 564-90-29; 564-90-37