Sloveniyanın paytaxtı Lyubliyanada keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatı başa çatıb. 74 ölkədən 607 idmançının iştirak etdiyi turnirdə komandamız bürünc medal qazanıb.-81 kq çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz Məmmədəli Mehdiyev ilk görüşdə Latviya təmsilçisi Nikita Volosinsə qalib gəlib. Növbəti görüşlərdə Avstriya idmançsı Marko Bubanjanı, Monteneqro təmsilçisi Rijad Dedeiçi və Rusiya cüdoçusu Aslan Leppinaqovu məğlub edən Məmmədəli dünya çempionatını üçüncü pillədə başa vurub. Bununla da gənc cüdoçularımız bu il dünya çempionatlarında əvvəlcə yeniyetmələrin, sonra isə böyüklərin uğurlu çıxışlarını davam etdiriblər. Xatırladaq ki, cüdo üzrə yeniyetmələrdən ibarət milli yığma komandamız dünya çempionatında 1 qızıl və 1 gümüş, böyüklərdən ibarət milli yığma komandamız isə 1 qızıl və 1 bürünc medala sahib çıxmışdı.