Mançini yığma üçün seçimini açıqladı

Mançini yığma üçün seçimini açıqladı

 

UEFA Millətlər Liqasının «Dördlər finalı»ında çıxış edəcək İtaliya millisinin heyəti açıqlanıb. Baş məşqçi Roberto Mançini heyətə aşağıdakı futbolçuları daxil edib.

Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret ("Napoli"), Gilyelmo Vikario ("Empoli").

Müdafiəçilər: Françesko Açerbi, Alessandro Bastoni, Matteo Darmian, Federiko Dimarko (hamısı - "İnter"), Leonardo Bonuççi ("Yuventus"), Covanni Di Lorenzo ("Napoli"), Leonardo Spinatsola ("Roma"), Rafail Toloy ("Atalanta").

Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter"), Brayan Kristante ("Roma"), Davide Frattezi ("Sassuolo"), Jorjinyo ("Arsenal"), Lorenso Pelleqrini ("Roma"), Marko Verratti (PSJ), Nikolo Zaniolo ("Qalatasaray").

Hücumçular: Federiko Kyeza ("Yuventus"), Vilfrid Nyonto ("Lids"), Çiro İmmobile ("Latsio"), Cakomo Raspadori ("Napoli"), Mateo Reteqi ("Tiqre").

Məlumat üçün bildirək ki, «Dördlər finalı» iyunun 15-də keçirilcək. Yarım finalda İtaliya İspaniyanı, Xorvatiya isə Niderlandı sınağa çəkəcək.