Noyabrın 3-də Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüş təşkil edilib.
9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş gənclər arasında velosiped idmanını təbliğ etmək məqsədilə keçirilib.
"Bayrağımız qürur mənbəyimizdir!” devizi ilə keçirilən yürüşdə iştirak edən peşəkar və həvəskar velosipedçilərə Azərbaycan bayrağı, papaq və gödəkçələr paylanıb.
Yürüş Şıx çimərliyi ilə üzbəüz Veloparkdan başlamış, Dövlət Bayrağı Meydanında başa çatıb.