Azərbaycanlı qrossmeyster FİDE-nin reytinqində

Azərbaycanlı qrossmeyster FİDE-nin reytinqində


FİDE-nin saytına əsasən, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının yenilənmiş reytinq siyahısında 11-ci yerdən 10-cu yerə yüksəlib.
Reytinq siyahısına əvvəlki kimi norveçli Maqnus Karlsen başçılıq edir. Onun aktivində 2870 bal var. Bu yaxınlarda Avropa Klubları Kuboku yarışlarının qızıl medalını qazanmış Ş.Məmmədyarovun hesabında isə 2757 bal vardır. Yüz ən yaxşı oyunçu arasında Azərbaycanı Teymur Rəcəbov (2715, 33-34-cü yerlər) və Eltac Səfərli (2653, 99-cu yer) təmsil edirlər.
Hazırkı dünya çempionu Vişvanatan Anand 2775 balla yeddinci yerdədir. O, öz titulunu saxlamaq üçün bu ilin noyabrında Karlsenlə görüşməlidir. Şahmat tacı uğrunda matç V.Anandın doğma şəhəri Çennaidə keçiriləcək.