"Reykyavik Open 2013" - zəriflərin intellekt mübarizəsi

"Reykyavik Open 2013" - zəriflərin intellekt mübarizəsi

İslandiyanın paytaxtı Reykyavik şəhərində ənənəvi "Reykyavik Open 2013" beynəlxalq şahmat turniri başlayıb. Turnirdə Azərbaycanı beynəlxalq qrossmeysterlər Gülnar Məmmədova və Türkan Məmmədyarova təmsil edirlər.
Birinci turun nəticələrinə görə G.Məmmədova Argentina şahmatçısı Eduardo Bauza Mercereyə, T.Məmmədyarova isə İslandiya şahmatçısı John Ontiverosa qalib gəliblər. Qeyd edək ki, 33 ölkədən 227 şahmatçının iştirak etdiyi beynəlxalq festival fevralın 27-dək davam edəcək.