Kikboksinq üzrə millimizin yeni kapitanı müəyyənləşib

Kikboksinq üzrə millimizin yeni kapitanı müəyyənləşib

Kikboksinq üzrə kadet, yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib. Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və federasiyanın prezidenti Orxan Əliyev tərəfindən gənclər və yeniyetmələr üzrə dünya və Avropa birinciliyinin qalibi Ramal Zeynallı komandaya kapitan təyin olunub.

Xatırladaq ki, R.Zeynallı Əməkdar məşqçi, kadet, yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hikmət Hacıyevin tələbəsidir.