Çempionluq üçün 7,5 xal kifayət edib

Çempionluq üçün 7,5 xal kifayət edib

Respublika Şahmat Mərkəzində kişilər arasında Bakı birinciliyi keçirilib. Son turda yarışların lideri Nail Bəşirli Elşad Abdullayevlə oyununu heç-heçə başa vurub. Bununla da 9 mümkün xaldan 7,5 xal toplayan şahmatçı Bakı birinciliyinin qalibi adını qazanıb.
İkinci yeri 7 xalla nəticə ilə Rüstəm Bünyadov tutub. Mehman Abbasov isə eyni Rüstəm Bünyadovla eyni xal toplasa da, əlavə göstəricilərə görə üçüncü yerlə kifayətlənib. Qeyd edək ki, kişilərin yarışında 44 şahmatçı qələbə uğrunda mübarizə aparıb.