Oktyabrın 6-7-də Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitəsinin 52-ci Baş Assambleyasının iclası keçiriləcək. Türkiyə MOK-un prezidenti Uğur Erdener, AOK-un prezidenti Spiros Kapralos, BOK-un prezidenti Tomas Baxın iştirak edəcəyi iclasın ilk günündə “Paris–2024” Yay Olimpiya Oyunları, “Milano Kartina-2026” Qış Olimpiya Oyunları müzakirə olunacaq. Əlavə olaraq AOK-un Strategiya Gündəliyi 2030 iştirakçılara təqdim olunacaq. Həmçinin AOK Təşkilat Komitəsinin və BOK Təşkilat Komitəsinin hesabatları dinləniləcək.Daha sonra12-ci Pyotr Nurovski Ən yaxşı Avropalı Gənc Atlet mükafatınınvəAvropa Olimpiya Komitəsinin Olimpiya Çələngi Mükafatlandırılmamərasimi keçiriləcək.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, cənab Tomas Baxın açılış nitqiylə başlayacaq Assambleyanın ikinci günündə3-cü Avropa Oyunları Krakov& Malopolska 2023, məlumat və media, Avropa federasiyalarınınvəMOK-larınınTəcrübələri və Gələcək Tövsiyələri, qarşıdan gələn Paris-2024 Yay Olimpiya Oyunları, Olimpiya Qaçqınlar Fondu, Olimpiya və ParalimpiyaSponsorları, Tibb və Antidopinq kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, Xarici Əlaqələr İdarəsinin müdiri Anar Bağırov daAOK-un 52–ci Baş Assambleyasının iclasında iştirak edəcəklər.
Baş Assambleyanın iştirakçılarına AOK prezidenti Spiros Kapralos, AOK Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar da təqdim olunacaq. AOK-un 2022-ci il maliyyə hesabatı, 2024-cü ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.