Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO

Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO

Oktyabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Qoçuoğlunun yeni çapdan çıxmış “Mən hər gün günəşi qarşılayıram” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli şairin yaradıcılığından söz açaraq qeyd edib ki, sayca ikinci olan bu kitabda müəllifin Allah, Vətən, dünya, təbiət mövzusunda yazdığı şeirləri toplanıb. O, müəllifin kitabda yer alan şeirlərinin sözün qüdrəti ilə öz iç dünyasını aydın şəkildə göstərdiyini qeyd edib. Kitabda toplanmış şeirləri yüksək dəyərləndirən Elçin Hüseynbəyli müəllifə yaradıcılıq uğurları arzulayıb.

Sonra tədbirin aparıcısı, kitabın “Ön söz” müəllifi, tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir Murad Qoçuoğlunu həm 60 illik yubileyi, həm də yeni şeirlər kitabının çapdan çıxması münasibəti ilə təbrik edib. O, şairin yaradıcılıq yolundan, şeirlərinin ümumi ruhundan, oxucularda yaratdığı xoş ovqatdan danışıb. Bədii ədəbiyyatın əsas vəzifəsi insanın özü-özünü dərk etməsi olduğunu deyən tənqidçi Murad Qoçuoğlunun poeziyasında da bu fikirlərin yer aldığını bildirib. Ə.Cahangir şairin kitabından “Mən hara qaçıram özümdən belə” şeirindən bir neçə bənd oxuyaraq, şeiri müəllifin ədəbi pasportu hesab edib: “Murad Qoçuoğlunun şeirləri dərin fəlsəfi yükə malikdir. Bu şeirlər insanın özü-özünü dərk etməsi probleminə həsr olunub. Müəllifin şeirləri mövzu cəhətdən də çox zəngindir. Burada vətənpərvərlik, Allaha müraciət, təbiət gözəlliklərinin təsviri, məhəbbət mövzusunda olan şeirlər və şairin özünün obrazı var. Daha çox heca vəznində yazılan şeirlərdə axıcılıq oxucunu daim maraqda saxlayır”.

Daha sonra M.Qoçuoğlunun həyat yolundan qısa məlumat verən Əsəd Cahangir onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar jurnalist və “Tərəqqi” medalı ilə təltif olunduğunu bildirərək, cəmiyyətdə öz imzası ilə kifayət qədər tanındığını qeyd edib.

“Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair, publisist Qəşəm Nəcəfzadə də çıxışında M.Qoçuoğlunun yaradıcılığından söz açıb. Bildirib ki, M.Qoçuoğlu şeirlərinin həyatını yaşayan şairdir. “O, epik heca şeirinin görkəmli nümayəndəsidir. Murad Qoçuoğlunun şeirləri oxucuya səmimi hisslər aşılayır, gəncləri vətənpərvər olmağa səsləyir, insanları dürüstlüyə çağırır”, - deyə Qəşəm Nəcəfzadə deyib.

Tədbirdə çıxış edən Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Elmlər Akademiyasının ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, tənqidçi alim Vaqif Yusifli isə Murad Qoçuoğlunun özünəməxsus yaradıcılıq axtarışlarından danışaraq, onun şeirlərini yüksək qiymətləndirib: “Murad Qoçuoğlunun ilk şeirlər kitabı olan “Bir az gecikəndə” kitabı haqqında yazı yazmışdım. Həm birinci, həm də ikinci kitabını oxuduqdan sonra bir daha gördüm ki, o, heç kəsə bənzəmək istəmir. Müəllifin hər iki kitabında onu yaşadan, müasir ədəbiyyat tariximizə həkk edə biləcək şeirlər var. Bu şeirlər Vətəndən, torpaqdan, təbiətdən və bir neçə obrazdan bəhs edir. Onun şeirləri bədii təzadlarla zəngindir. O, birinci kitabında olan fikirlərini ikinci kitabında inkişaf etdirib. Müəllif bütün şeirlərində Azərbaycan dilinin normalarına böyük ustalıqla əməl edib”. Vaqif Yusifli fikirlərini şairin şeirlərindən səsləndirdiyi nümunələrlə davam etdirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, Əməkdar məşqçi İsmayıl İsmayılov, Olimpiya kateqoriyalı hakim, “Qızıl Fit” mükafatının sahibi Hicran Şərifov, Hüquq elmləri doktoru, professor Ərəstun Qasımzadə, idman ictimaiyyətinin nümayəndələri, şairin qələm dostları onun özünəməxsus yaradıcılıq yolundan söz açaraq, yeni çap olunan kitab haqqında öz fikirlərini bölüşüblər. 

Sonda kitabın müəllifi Murad Qoçuoğlu çıxış edərək iştirakçılara, sözə, ədəbiyyata hörmət qoyan bütün insanlara və kitabın ön sözünün məsuliyyətini öz üzərinə götürən tənqidçi Əsəd Cahangirə minnətdarlığını bildirib.

Qeyd edək ki, Murad Qoçuoğlu ötən əsrin 80-ci illərində ədəbiyyata gəlib. “Mən hər gün günəşi qarşılayıram” müəllifin ikinci şeirlər kitabıdır. Şairin bundan əvvəl "Bir az gecikəndə" adlı şeirlər kitabı çap olunub. Şeirləri respublikamızda və ölkə hüdudlarından kənarda müxtəlif mətbu orqanlarda işıq üzü görüb. Türkiyədə nəşr edilən “Avrasiya şairlərinin antalogiyası” kitabına daxil edilib. Bir şeiri orta məktəb dərsliyinə salınıb.

 

Azər Əlizadə

 

Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub - FOTO