Beynəlxalq turnirdə birinci yer

Beynəlxalq turnirdə birinci yer

Almaniyanın Troysdorf şəhərində keçirilən atçılıq üzrə beynəlxalq turnir başa çatıb. Yarışda Azərbaycan təmsilçisi Aqata Zəhrabəyova da mübarizə aparıb.

Millimizin üzvü atçılıq idmanının dresaj növündə bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub.

Qeyd edək ki, A. Zəhrabəyova turnirdə “Rm Golden Showmen” atı ilə çıxış edib.