Triatlon millimizin üzvləri Toğrul Məmmədli və Kseniya Voronina Rusiyada təşkil edilən “İronstar Sprint Sochi Sirus 2023” turnirində birinci yeri tutublar. Azərbaycan Triatlon Federasiyasındanverilən məlumata görə, T.Məmmədli 16-24 yaş qrupları arasında çempion olub. O, kişilər arasında mütləq kateqoriyada isə 9-cu pillədə qərarlaşıb. K.Voronina da 16-24 yaş kateqoriyasında birinci yeri tutub. Təmsilçimiz qadınlar arasında mütləq kateqoriyada isə bürünc medala yiyələnib.