Azərbaycan Həndbol Federasiyasının təşəbbüsü ilə “AHF Arena”da “İdman interaktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, Rusiya Federasiyasının idman ustası, 3 qat dünya çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı, Çempionlar Liqasının və Kuboklar kuboku turnirinin qalibi Emiliya Tureyin apardığı dərslərdə paytaxtda fəaliyyət göstərən idman məktəblərinin həndbolçuları iştirak ediblər. Təcrübəli mütəxəssis ən populyar idman növlərindən sayılan həndbolun sirrlərini, daha böyük maraq doğuran və həvəs oyadan məqamlarını uşaqlarla bölüşüb.
Həndbolçular üçün ustad dərsləri keçirilib