Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılncoynatmanın şpaqa və sablya növləri üzrə ölkə çempionatı keçirilib.
Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) mətbuat xidmətindənverilən məlumata görə, yarışda ümumilikdə 84 qılıncoynadan iştirak edib.
Birinci yeri sablya üzrə qadınlarda Anna Başta, kişilərdə Murad Əkbərov, şpaqa üzrə qadınlarda Azərin İdriszadə, kişilərdə Ruslan Həsənov tutublar.
Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Təltifetmə mərasimində Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, AQF-nin vitse-prezidentləri Fikrət Zeynalov və Fərhad Kasimov iştirak ediblər.