Azərbaycanın tanınmış həndbolçusu Lyudmila Şubina Fəxri fərmanla təltif edilib.
Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, Olimpiya çempionu 75 yaşının tamam olması münasibətilə qurumun prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla görüşündə buna layiq görülüb.
S.Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Lyudmila Şubina SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına yiyələnib. Beynəlxalq dərəcəli idman ustası hazırda “Qarabağ” həndbol klubunun prezidenti kimi fəaliyyət göstərir.