Fransızların Sena boyda dərdi var
BOK
10.10.2023, 18:21
Növbəti il bütün dünyanın diqqəti Fransa paytaxtı Parisə yönələcək. Tarixdə 3-cü dəfə (1900,1924) dəfə Paris Olimpiya Oyunlarının keçirildiyi şəhər olacaq. Olimpiya Oyunlarına 1 ildən bir az qalmasına baxmayaraq, təşkilatçı ölkə bir sıra çətinliklərlə üz-üzə qalıb. Onların içərisindən evsiz küçə sakinlərinin həddindən artıq çoxluq təşkil etməsi, kütləvi etirazlar, maliyyə çətinliyi və neçə-neçə məsələlər hələ də öz həllini tapmayıb. Bir müddət həmin problemlərdən daha biri yerli Təşkilat Komitəsi üçün yeni maneələr yaradıb. Məlum olub ki, olimpiadanın açıq suda üzgüçülük və triatlon yarışlarının keçirilməsi üçün seçilmiş Sena çayı çirkli hövzə kimi hələ də qalmaqdadır. Uzun illərdir yerli hökumət tərəfindən Sena çayının təmizlənməsi milyardlar hesabına həyata keçirilsə də, bu hələ də səmərə verməyib. Olimpiada ərəfəsində bir neçə test yarışı təşkil olmasına baxmayaraq, hələ də Sena çayı lazımi standartlara uyğun gəlmir. Vaxt isə getdikcə azalır.
Federasiyaların etirazı haqlıdır
Bir müddət əvvəl para-triatlon üzrə dünya kubokunun Paris mərhələsində ciddi dəyişiklik oldu. Beynəlxalq Triaton Federasiyası bu yarışdan imtina etdi. Vəziyyəti belə görən yerli Təşkilat Komitəsi triatlonu (üzgüçülük, velosiped və qaçış) duatlonla (velosiped və qaçış) əvəzləməli oldular. Səbəb isə aydındır. Sena çayından götürülən testlər suyun çirkli olmasını müəyyənləşdirmişdi. Göründüyü kimi, çayın suyunda hələ də çirklənmə qalır. Beynəlxalq Triaton Federasiyası ilə yanaşı FINA da idmançıları Sena çayında keçirilən açıq suda üzmə yarışlarında iştirak etməməyə çağırıb.
Parisin ürəyindən
keçən çirkli damar
Paris şəhərinin meri Ann İdalqo KİV nümayəndələri ilə görüşdə, eləcə də Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə keçirilən tədbirlərdə çıxış edərək, vəziyyətin düzələcəyini vəd edib. Lakin İdalqo özü də yaxşı bilir ki, bu qısa zaman ərzində öhdəsindən gəlinə bilən adi bir məsələ deyil. Mətbuatı belə boş və quru vədlərlə sakitləşdirmək olmaz. Bəs Sena çayı belə vəziyyətə hansı səbəbdən düşüb? “Çirkli Sena” illərdən bəri nəsillərin gözü qarşısında yararsız bir vəziyyətə düşüb. 1923-cü ildən etibarən yerli hakimiyyət orqanları Senada insanların çimməsinə qadağa qoyub. Ətrafdakı zavod və fabriklərdən axıdılan çirkab sular Senanı tanınmaz hala salıb. Daha əvvələ nəzər salsaq, XVI əsrdə ölkədə baş vermiş protestant və katoliklər arasında müharibələr zamanı həlak olanların cəsədləri Sena çayına atılırdı. Bu fakt bir daha özünü sübut edir ki, uzunluğu 776 km, üzərində bir sıra tarixi körpülərin olduğu, ətrafının al-əlvan işıqlarla bəzədildiyi Sena əslində daxilən ölü bir su hövzəsidir. Tez-tez ölkədə baş verən hadisələrə kütləvi etirazlar edən fransızlar nədənsə Parisin ürəyindən keçən bu çirkli çaya görə susmalı olublar. Bu susqunluq isə əsrlərdən üzü bəri gəlib, dövrümüzə çatıb.
Fransızların alternativ variantı yoxdur?
Paris meri əvvəllər bildirirdi ki, Senanı “diriltmək” olar. Rəsmi rəqəmlərə görə suyun təmizlənməsi üçün Fransa hökuməti 3 milyard avro xərcləyib. Bunun üçün dünyanın fərqli ölkələrindən mütəxəssislər cəlb olunub, ən son texnologiyanın imkanlarından istifadə edilib. Maraqlıdır ki, Parisə yağış yağan kimi Senanın hansı vəziyyətdə olması dərhal üzə çıxır. Təşkilat Komitəsi Paris-2024-də triatlon və açıq suda üzmə yarışlarının keçirilməsi üçün alternativ su hövzəsi axtarışına başlayıb. Onlar yaxşı başa düşürlər ki, olimpiada zamanı yağış yağsa, dünya şöhrətli idmançıların heç biri yarış üçün öz sağlamlığını təhlükəyə atıb, çaya girməyəcək. Odur ki, Təşkilat Komitəsindən gələcək qərar və xəbərləri gözləyək.
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş