Mumbayda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 141-ci sessiyası keçirilib. Açılış sessiyasında çıxış edən Hindistanın Baş naziri Narendra Modi ölkəsinin 2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməkdə maraqlı olduğunu bildirib. O deyib: “Hindistan Olimpiya Oyunlarına ev sahibliyi etməkdə çox maraqlıdır və onun təşkili üçün bütün səylərini əsirgəməyəcək. Bu, 1,4 milyard insanın çoxdankı arzusudur. Bu arzu sizin dəstəyiniz və əməkdaşlığınızla həyata keçməlidir”.
Qeyd edək ki, 2036-cı il Olimpiya və Paralimpiya Oyunları Hindistanda keçiriləcək bu səviyyəli ilk yarış ola bilər.
Xatırladaq ki, daha əvvəl Meksika, Türkiyə, İndoneziya və Polşa da 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edib.