Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək. Yubiley çempionatında yeddisi kişilərdən, altısı qadınlardan ibarət olmaqla 13 komanda mübarizə aparacaq.
Kişilərin 4 dövrədən ibarət 20 turluq yarışı iki mərhələdə baş tutacaq. İlkin mərhələni əhatə edəcək 14 turda komandalar iki dəfə bir-biri ilə qarşılaşacaqlar. İkinci mərhələdə isə ilk 4 yeri tutan komandalar və 5-7-ci pillələrdə qərarlaşan kollektivlər dairəvi sistemlə iki dəfə üz-üzə gələcəklər.
Qadın həndbolçular da 10 turdan ibarət ilkin mərhələdə və daha 6 turu əhatə edəcək ikinci mərhələdə eyni sistemlə mübarizə aparacaqlar.
Yarışın həlledici oyunlarında “ilk dördlük”də qərarlaşan komandalar və 4-6-cı yerlərin sahibləri məsələyə aydınlıq gətirəcəklər.
Azərbaycan çempionatına noyabrın 9-da qadınlardan ibarət “Azəryol” – “Gənclər Birliyi” görüşü ilə start veriləcək.
Kişilərin mübarizəsi isə noyabrın 11-də “İdman Akademiyası” – “Dinamo” matçı ilə başlanacaq.