Görmə Məhdudiyyətli İdmançıların Beynəlxalq Federasiyasının (IBSA) İdarə Heyətinin onlayn formatda iclası keçirilib. Federasiya prezidenti İlqar Rəhimov IBSA idmanının dünya səviyyəsində daha da inkişaf etdirilməsi, yeni üzvlərin cəlb olunması və federasiyanın fəaliyyətində şəffaflığın təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu vurğulayıb.
Toplantıda Rusiya və Belarus idmançılarının Paris-2024-də və IPC tərəfindən tanınan digər tədbirlərdə iştirakları ilə bağlı IPC Baş Assambleyasının qərarı ətrafında müzakirələr aparılıb.
İ.Rəhimov IBSA-nın antidopinq, eyni zamanda, hüquq və etik komitəsinin strukturu ilə bağlı bir sıra məsələlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verib.