Minifutbol komandamız Avropa çempionu oldu

Minifutbol komandamız Avropa çempionu oldu

Azərbaycan komandası minifutbol üzrə Avropa çempionu adını qazanıb. Antalyada keçirilən Avropa Minifutbol Federasiyasının “Euro Business Cup” şirkətlər turnirində Azərbaycanı təmsil edən “Azərsun” şirkətinin komandası finalda Rumıniyanın “Dedeman Oradea” kollektivi ilə qarşılaşıb. Görüşdə 4:0 hesablı qələbə qazanan komandamız Avropa çempionu tituluna sahib çıxıb.