Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) kitabxanası ADA Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq kitab sərgisində öz stendi ilə iştirak edir.
Sərgidə iştirak edən ADBTİA-nın elmi innovasiyalar mərkəzinin direktor vəzifəsini icra edən professor Bəxtiyar Rüstəmov, tədris hissəsinin müdüri dosent Nazim Abbasov, “sosial elmlər” kafedrasının müdiri dosent Lalə Əhmədova, kitab fondu bölməsinin müdiri Pəri Umudova, elektron kitabxana bölməsinin müdiri Gülər Əhmədova, informasiya xidmətləri üzrə mütəxəssis Firuzə Qurbanova, akademiyanın professoru Dilqəm Quliyev və akademiyanın tələbələri iştirak ediblər.
Sərgi müddətində ADBTİA-nın professoru Dilqəm Quliyev sərgi müddətində MDB üzrə meneceri Aleksandr Ritov ilə görüşüb, ona “Təhsildən səngərə, səngərdən əbədiyyətə” adlı kitabını hədiyyə edib.
Ümummilli lider Heydər Əliyevin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycanın dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına həsr olunmuş sərgidə ADBTİA 120-yə yaxın kitabla təmsil olunur.
Onların sırasında “Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir”. Bakı, 2008, Mirələmov H. “Millətin atası”. Bakı, 2004, Qasımov A. “Taleyi tarixə dönən şəxsiyyət”. Bakı, 2004, “Heydər Əliyev ömürlük missiya”. Bakı, 2004, “30 il quruculuq yollarında”. Bakı, 1999, Səmədov A. “Böyük siyasətin təntənəsi”. Bakı, 2004, “İdmanın böyük himayədarı”. Bakı, 2003, “Ömrə bərabər beş il”, “Xalqın sevimli lideri”. Bakı, 2013, “Prezident Heydər Əliyev”. Bakı, 1998, “Heydər Əliyev və müasir Azərbaycan”. Bakı, 2013, “Heydər Əliyev. Böyük insanin ömür anları”... Bakı, 2013, “Heydər Əliyev və Azərbaycan idmanı”. Bakı, 2004, “Heydər Əliyev həyatının 100 anı”. Bakı, 2023, “Heydər Əliyev-Ali sovetin sədri”. (3 cilddə) I cild. Bakı, 2023, “Heydər Əliyev-Ali sovetin sədri”. (3 cilddə) II cild. Bakı, 2023, “Heydər Əliyev-Ali sovetin sədri”. (3 cilddə) III cild. Bakı, 2023, “Heydər Əliyev iqtisadi idarəetmə məktəbi”. Bakı, 2001, “Zirvəyə aparan yol”. Bakı, 2009, “Heydar Aliyev words of wisdom”. Baku, 2009, Məcidov N. “Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası. II hissə”. Bakı, 2020, Məcidov N. “Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası. III hissə”. Bakı, 2022, “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 90”, 2020, Quliyev D. “Təhsildən səngərə, səngərdən əbədiyyətə”… Bakı, 2022, Quliyev D. “Qarabağın idman tarixi”. Bakı, 2021, Quliyev D. “Heydər Əliyev: Müasir idman və Olimpiya hərəkatı”. Bakı, 2023, Quliyev D. “XX əsrdə Azərbaycan idmanı”. Bakı, 2005, Quliyev D. “Heydər Əliyev müasir idman tariximizdə” (1969-2019). Bakı, 2019, Quliyev D. Azərbaycanda bədən tərbiyəsi və idmana qayğısı (1970-2000). Bakı, 2000, Quliyev D. və b”. Heydər Əliyev və Azərbaycan idmanı”. Bakı, 2015, Quliyev D. “Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri” (1969-1982, 1993-2003). Bakı, 2013, Quliyev D. “Azərbaycan milli güləşi”. Bakı, 2003, Əliyev R. və b. “Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri”. Bakı, 2010, “Şahmat”. Bakı, 2002, Rüstəmov B. və b. “Şahmat”. I hissə. Bakı, 2011,Rüstəmov B. və b. “Şahmat”. II hissə. Bakı, 2012, Qarayeva S. “Cüdo”. Bakı, 2012, Bağırov R. “Futbol”. Bakı, 2012, Qarayev G. “Futbol: təlim, məşq və onun nəzəriyyəsi”. Bakı, 2005, “Azərbaycan boksu” 80 ildə. Bakı, 2004, Cəfərova Y. və b. “Bədii gimnastika”. Bakı, 2014, İbrahimova N. və b. “Basketbol”. Bakı, 2018, Xəlfəyev Ə. “Velosiped idmanı”. Bakı, 2016, “Atletika”. Bakı, 2005, Qurbanov X. və b. “Karate – Do” (təlimin təcrübi əsasları). II hissə. Bakı, 2015, “İdman güləşi”. I hissə. Bakı, 2016, Qədəşov E. və b. “Voleybol”. Bakı, 2008, Sultanova S. və b. “Yüksək dərəcəli tennsçilərin hazırlanmasının nəzəriyyəsi və metodikası”!. Bakı, 2014, Əbdürəhmanov Ş. “Üzgüçülük”. Bakı, 2014, Kələntərli N. və b. “İdman menecmenti”. Bakı, 2022, Əbiyev Q. “Orqanizmin hərəki aktivliyi və fiziki iş qabiliyyətinin fizioloji əsasları”. Bakı, 2014 və b. adlı kitablar sərgilənir.
Tədbirin əsas məqsədi Azərbaycanın və dünyanın müxtəlif məkanlarından olan yazıçıları, nəşriyyatları, kitabxanaları və oxucuları bir araya gətirərək elmin, təhsilin, ədəbiyyatın təntənəsini qeyd etmək və fikir mübadiləsi aparmaqla ulu öndər Heydər Əliyev irsini dərin hörmətlə yad etməkdir.
Sərgi müddətində ADBTİA-nın əməkdaşları ADA Universitetinin kitabxanası ilə də yaxından tanış olublar.