45 şahmatçımız Əl-Əynə yollanacaq

45 şahmatçımız Əl-Əynə yollanacaq

Dekabrın 18-dən 28-dək Birləşmiş Ərəb Əmirliyinin Əl-Əyn şəhərində 8, 10, 12, 14, 16, 18 yaşlı oğlan və qızlar arasında dünya çempionatı keçiriləcək. Dünya çempionatında 95 ölkədən 1640 şahmatçı mübarizə aparacaq. Yarışlarda ölkəmizi ümumilikdə paytaxtın və regionların 45 şahmatçısı təmsil edəcək. Turnirin iştirakçıları arasında oğlanlardan Nicat Abbasov, Ülvi Bacarani, Murad Nuri, Elxan Bayramov, Abdulla Qədimbəyli və İsmayıl Şahəliyev yarışacaqlar. Əl-Əyn şəhərində keçirilən yarışda Günay Məmmədzadə, Səbinə İbrahimova, Nərmin Məmmədova, Aydan Höcətova və Nərmin Söyünlü də mübarizəyə qoşulacaqlar. Şahmatçılarımızın əsas rəqibləri Rusiya, Ukrayna, Türkiyə və ABŞ təmsilçiləri olacaqlar.