Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK) ilə “Procter&Gamble” şirkəti arasında imzalanan tərəfdaşlıq memorandumu ilə bağlı məlumat Avropa Olimpiya Komitələrinin (AOK) rəsmi saytında dərc olunub.
Milli Olimpiya Komitəsi və “Procter&Gamble” şirkəti arasında 2024-cü il ərzində əməkdaşlıq barədə imzalanan müqaviləyə əsasən, Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanmış və müxtəlif idman növlərini təmsil edən 12 olimpiyaçı və 13 paralimpiyaçı olmaqla, 25 atletə şirkət tərəfindən xüsusi təqaüd ayrılacaq.