Millimiz dünya çempionatında medalsız qaldı

Millimiz dünya çempionatında medalsız qaldı

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında sonuncu oyununa çıxıb. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv üçüncü yer uğrunda görüşdə Macarıstanla üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Beləliklə, yığma yarışı medalsız başa vurub.