“Azərbaycanın dünya voleyboluna geri dönüşü başlayır”.
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə voleybol üzrə Azərbaycan çempionatının 2023/2024-cü illər mövsümünün açılışından əvvəl keçirilən mətbuat konfransında qeyd edib.
MOK rəsmisi bu sahədə böyük işlər görəcəklərini bildirib: “Milli Olimpiya Komitəsi hər zaman olduğu kimi Azərbaycan Voleybol Federasiyasına (AVF) dəstək verməyə hazırdır. Düşünürəm ki, AVF ilə Avropa Voleybol Konfederasiyası arasında sıx əməkdaşlıq olacaq”.