Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında 8 Noyabr - Zəfər Günü münasibətilə görüş keçirilib. 44 günlük Vətən müharibəsində iştirak edən MOK-un əməkdaşları İntiqam Səfərov və Tofiq İmanlı da tədbirdə iştirak ediblər. Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hər iki hərbçini təbrik edərək deyib: «Siz bizim fəxrimizsiniz. Bizim üçün xoşdur ki, kollektivimizdə Vətən müharibəsinin iştirakçıları var. Sizə cansağlığı arzulayıram”.
MOK-un vitse-prezidenti döyüşlərdə iştirak edən əməkdaşlara pul mükafatı təqdim edib.
İntiqam Səfərov 44 günlük Vətən Müharibəsində sona qədər döyüşüb. O, göstərdiyi şücaətə görə, “Füzulinin azad olunmasına görə, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsinin iştirakçısı” medalları ilə təltif olunub.
Tofiq İmanlı isə 2016-cı il aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsində iştirak edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.