Bu gün Azərbaycanın "Qarabağ" futbol komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Komandamız H qrupundakı dördüncü matçda Almaniyanın "Bayer" komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Oyunun baş hakimi ingiltərəli Kreyq Pouson olacaq. Bu komandalar arasında Almaniyada keçirilən görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Qeyd edək ki, hazırda Almaniya təmsilçisi 9 xalla qrupa başçılıq edir. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb. Qonaqlar Bakıda qalib gələcəyi halda, 1/8 finala vəsiqəni təmin edəcəklər.
Qrupun digər görüşündə isə “Hekken” İsveçdə Norveçin “Molde” klubu ilə üz-üzə gələcək.