Masallı Olimpiya Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən fiziki məhdudiyyətli uşaqlar üçün boccia idman növü fəaliyyətə başlayır. Bununla bağlı Masallı Olimpiya Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri fiziki məhdudiyyətli uşaqlar və onların valideynləri ilə görüşüb. Görüş zamanı valideynlərlə maarifləndirici söhbətlər aparılıb. Bildirilib ki, bu idman növünün Masallı rayonunda fəaliyyətin təşkilində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha dolğun inteqrasiyasına, onların özlərini inkişaf etdirməsinə, sosial reabilitasiyasına köməklik etməkdən ibarətdir.
Masallıda uşaqlar üçün boccia idman növü fəaliyyətə başlayır