Almaniyanın paytaxtı Berlində DOSB Forumu keçirilib. Forumda 2036-cı ildə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün Almaniyanın rəsmi şəxsləri namizədlik barədə çıxış ediblər.
Dialoq sessiyaları zamanı şəhər meri Kay Veqner çıxışında bildirib ki, Almaniya paytaxtı bu mötəbər tədbirlərinin keçirilməsinə hazırdır. «Almaniya Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək imkanına malikdir. Biz hesab edirik ki, bununla ölkəmiz bütün dünyaya yeni nüfuzunu təqdim etmək üçün gözəl fürsət əldə edə bilər. Berlinin namizədlik şansı çox yüksəkdir», - deyə şəhər meri bildirib. Forumda iştirak edən ölkə rəsmiləri arasında yer alan Almaniyanın daxili işlər və idman üzrə senatoru İris Spranger də çıxış edib. O bildirib ki, berlinlilər idman həvəskarlarıdır və Berlin irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edə bilər.
Berlin Dövlət İdman Federasiyasının prezidenti Tomas Härtel çıxışında qeyd edib ki, onun təmsil etdiyi qurum bu namizədliyi tərəfdarıdır. Şəhər senatının daxili işlər və idman şöbəsinin rəhbəri Qabi Freytaq da bu namizədlikdə israrlı olduqlarını diqqətə çatdırıb. O, deyib: “Bu gün mən başa düşdüm ki, sosial transformasiya üçün Almaniyada Olimpiya və Paralimpiya Oyunlarına namizəd kimi layihənin hərəkətverici qüvvəsinə ehtiyacımız var. Hesab edirik ki, bir əsrdən sonra biz yenidən bütün dünyanın ən güclü olimpiya və paralimpiyaçıları ölkəmizə toplayacağıq»
Xatırladaq ki, Almaniyanın Berlin şəhəri tarixdə ilk dəfə 1936-cı ildə Olimpiya oyunlarına ev sahibliyi edib.