Sabah Bakıda beynəlxalq futzal turnirinə start veriləcək

Sabah Bakıda beynəlxalq futzal turnirinə start veriləcək

Sabah Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turnirinə start veriləcək. AFFA-nın təşkilatçılığı ilə keçiriləcək yarışda mükafatlar uğrunda Azərbaycan, Belarus və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaq.

Komandamız ilk oyununu sabah saat 17:00-da Belarus yığmasına qarşı keçirəcək. Komandamız iki gün sonra Mərakeş millisini qəbul edəcək. Oyun saat 17:00-da Bakı İdman Sarayında təşkil olunacaq.