Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək

Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları davam edir. Turun ikinci oyun günündə daha iki qarşılaşma təşkil olunacaq.

Günün ilk oyununda “Səbail” klubu “ASCO Arena”da bölgə təmsliçisi “Kəpəz”i qəbul edəcək. Oyuna saat 14:00-da start veriləcək. Hazırda “Səbail” klubu 13 oyundan sonra 21 xalla dördüncü, “Kəpəz” isə 9 xalla 9-cudur.

Günün ikinci oyununda isə “Qəbələ” klubu doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Oyunun start fiti 16:00-da veriləcək.

Hazırda aktivində 15 xal olan Tovuz təmsilçisi səkkizinci, 13 oyundan 8 xal toplayan “Qəbələ” isə sonuncu - 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, hazırda Premyer Liqanın turnir cədvəlinə 14 oyundan 29 xal toplayan “Qarabağ” klubu başçılıq edir. Sabah “Sumqayıt” klubu ilə qarşılaşacaq “Zirə” komandası isə liderdən iki xal geri qalaraq ikinci pillədə qərarlaşıb. “Aktivində 21 xalı olan “Sumqayıt” klubu isə üçüncü pillədə yer alır.